Xəzər Xəbər

Pompeo Yaxın Şərq turnesini yarımçıq qoydu

Dünya | 14:25 • 14 Yanvar 2019
Pompeo Yaxın Şərq turnesini yarımçıq qoydu
Yaxın Şərq ölkələrinə turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanından sonra Omana səfər edəcək ABŞ dövlət katibi Mayk Pompeo Küveytə və digər ölkələrə getmədən Amerikaya geri dönəcək.


"Reuters” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Robert Palladino bildirib. Onun sözlərinə görə, Pompeonun Yaxın Şərqin digər ölkələrinə nəzərdə tutulan səfərlərini təxirə salmasının səbəbi həyat yoldaşının ailəsində baş verən itkidir.

Qeyd olunur ki, Pompeonun xanımı da hazırda Yaxın Şərq turnesində onu müşayiət edir və ailə yas mərasimində iştirak etmək üçün birlikdə ABŞ-a qayıdacaq.

Bu dəfəki turnesi çərçivəsində ABŞ dövlət katibi artıq İordaniya, İraq, Misir, Bəhreyn,Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanında olub. Bu gün Omana səfər etdikdən sonra Pompeo Amerikaya geri dönəcək./azvision

Xəbər lenti