Xəzər Xəbər

Pompeo Səudiyyənin vəliəhdi ilə görüşdü

Dünya | 14:18 • 14 Yanvar 2019
Pompeo Səudiyyənin vəliəhdi ilə görüşdü
ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərq ölkələrinə turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanına səfər edib.


"Reuters” xəbər verir ki, Pompeov Ər-Riyadda Səudiyyə kralı Salman bin Əbdüləzizlə 35 dəqiqəlik və vəliəhd şahzadə Məhəmməd bin Salmanla 45 dəqiqəlik görüşlər keçirib.

ABŞ-ın Səudiyyədəki səfirliyi bildirib ki, aparılan danışıqlarda Pompeo ilə vəliəhd şahzadə Yəməndə gərginliyin azaldılmasının və ötən ay İsveçdəki danışıqlarda əldə olunan anlaşmalara riayət edilməsinin vacibliyi barədə razılığa gəliblər.

Görüşlərdə jurnalist Camal Kaşoqinin Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilməsi üzrə aparılan istintaqın gedişinin də müzakirə olunduğu bildirilir. Lakin bu mövzu ilə bağlı danışıqların detalları barədə məlumat verilmir./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti