Xəzər Xəbər

Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Dünya | 12:54 • 14 Yanvar 2019
Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında Azərbaycan vətəndaşı olan 94 nəfər saxlanılır.


"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin ötən ilin noyabr ayı üzrə hesabatında bildirilib.


Qonşu ölkədə həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının 21-i təqsirləndirilən şəxs, 73-ü isə məhkumdur. Təqsirləndirilənlərin 20-si kişi, 1-i qadın, məhkumların isə 65-i kişi, 8-i qadındır.


Azərbaycan vətəndaşları Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin 16%-ni təşkil edir.


Gürcüstanda 46 ölkənin, ümumilikdə, 588 vətəndaşı həbs cəzası çəkir ki, Türkiyə vətəndaşları onların arasında 124 nəfərlə birinci yerdədir.


Qonşu ölkənin cəzaçəkmə müəssisələrində 118 İran, 75 Rusiya, 27 Ermənistan vətəndaşı saxlanılır.

Xəbər lenti