Xəzər Xəbər

Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib

Dünya | 12:52 • 14 Yanvar 2019
Ermənistan prezidenti Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib

Ermənistan Prezidenti Armen Sarkisyan baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı baş nazir vəzifəsinə təsdiq edib.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, prezident bu qərarı ölkə parlamentinin ilk iclasından sonra verib.


Qeyd edək ki, ötən il dekabrın 9-da keçirilmiş seçkilərdən sonra parlamentin ilk iclası bu gün baş tutub.


Qanunvericiliyə əsasən, N.Paşinyan 15 gün ərzində yeni hökuməti formalaşdırmalı və hökumət proqramını parlamentə təqdim etməlidir.

Xəbər lenti