Xəzər Xəbər

Ermənistan ordusu daha bir itki verdi

Dünya | 11:58 • 14 Yanvar 2019
Ermənistan ordusu daha bir itki verdi

Ermənistanda baş verən yol qəzası nəticəsində bir hərbçi ölüb, iki nəfər yaralanıb. "Sputnik Ermənistan” yazır ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.


Bildirilir ki, qəza Yerevan-Meğri avtomobil yolunda qeydə alınıb. Karçevan kəndinin sakini X.Gevorkyanın idarə etdiyi "VAZ-2107” markalı "Jiqulu” avtomobili İran dövlət nömrə nişanlı "Volvo” yük maşını ilə toqquşub.


Məlumata görə, qəzaya səbəb "VAZ-2107”nin əks yola çıxması olub.


Hadisə nəticəsində sürücü, hərbçi X.Gevorkyan hadisə yerində ölüb, iki sərnişin isə yaralanıb.

Xəbər lenti