Xəzər Xəbər

Türkiyədə güclü partlayış olub

Dünya | 10:05 • 14 Yanvar 2019
Türkiyədə güclü partlayış olub

Türkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.

Partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan və ya ölənlərin olması barədə məlumat yoxdur.

Partlayışdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində iş aparırlar.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. (Trend)

Xəbər lenti