Xəzər Xəbər

“Lion Air” şirkətinin qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb

Dünya | 10:02 • 14 Yanvar 2019
“Lion Air” şirkətinin qəzaya uğramış təyyarəsinin “qara qutu”su tapılıb

İndoneziyanın "Lion Air” şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin danışıqlar üzrə "qara qutu”su tapılıb.


Bu barədə İndoneziyanın Nəqliyyatda Təhlükəsizliyin Təmin Olunması Komitəsi sədrinin müavini Hario Satmiko bildirib.


H.Satmiko deyib: "Onu tapıblar. Lakin biz hələlik onun harada olduğu barədə məlumat almamışıq”.


Xatırladaq ki, "Lion Air” şirkətinə məxsus "Boeing 737 Max 8” sərnişin təyyarəsi oktyabrın 29-da havaya qalxdıqdan 13 dəqiqə sonra Yava dənizinə düşüb. Göyərtədə olan 189 nəfərin hamısı həlak olub. (AZƏRTAC)

Xəbər lenti