Xəzər Xəbər

Paşinyan və adamlarının “xaşist” olduğu üzə çıxdı...

Dünya | 09:48 • 14 Yanvar 2019
Paşinyan və adamlarının “xaşist” olduğu üzə çıxdı...

Ermənistanda nəşr edilən "Qraparak” ("Meydan”) qəzeti Nikol Paşinyanın hakimiyyətinin Serj Sərkisyan hakimiyyətindən heç nə ilə fərqlənmədiyini yazıb. Qəzetin yazdığı kimi, hətta xaşa olan sevgiyə görə də indiki hakimiyyət əvvəlkindən fərqlənmir.

Belə ki, Eçmiədzindəki restoran komplekslərindən birində Paşinyanın "Mənim addımım” blokunun nümayəndələri toplaşıblar və xaş yeyiblər.

Virtualaz.orgxəbər verir ki, Nikol Paşinyan bu məqaləyə özünün Facebokk səhifəsində cavab verib.

"Mən bu məqalənin məntiqini anlamağa çalışıram. Ermənistanın bütün vətəndaşları hərəyə 3 min dram atışıb (təxminən 7 dollar) xaş yeyə bilər, amma hakim fraksiyanın üzvlərinin buna haqqı yoxdur?”-Paşinyan yazıb.

Paşinyan bildirib ki, həmin tədbiri təşkil etməyi o özü tapşırmışdı. O, KİV-lərin tam söz azadlığına malik olmasından və hakimiyyəti nəfəs almaqda və xaş yeməkdə respublikaçılara bənzətməsindən məmnunluq duyduğunu da bildirib. "Bu kriteriyalarla götürsək milyonlarla Ermənistan vətəndaşı respublikaçılara oxşayır”-Paşinyan yazıb.

"Biz təkcə bir məsələdə respublikaçılara oxşamırıq ki, KİV-lərə nəzarət etmirik, hansı ki, onların mətnlərindən korrupsiyalaşmış hakimiyyətə nostalgiya hiss edilir. Bütün bu illər ərzində onlar bir yerdə işləyərək doğmalaşıblar”-o əlavə edib.

Xəbər lenti