Xəzər Xəbər

Qətər ABŞ-a sərmayə yatırımını artırır

Dünya | 20:54 • 13 Yanvar 2019
Qətər ABŞ-a sərmayə yatırımını artırır

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.


Bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.


Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb.


"Söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir. 


"Biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik", - deyə "Reuters" onun sözlərini sitat gətirib.


Agentlik qeyd edir ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

Xəbər lenti