Xəzər Xəbər

Makedoniyanın ad məsələsi Yunanıstanda hökuməti parçaladı

Dünya | 16:17 • 13 Yanvar 2019
Makedoniyanın ad məsələsi Yunanıstanda hökuməti parçaladı

Makedoniyanın Şimali Makedoniya Respublikası adlandırılması üçün razılığını verən Yunanıstanda koalisiya hökuməti dağılır.


"Qafqazinfo” "Euronews”a istinadən xəbər verir ki, ölkənin müdafiə naziri və Müstəqil Yunanlar (ANEL) partiyasının rəhbəri Panos Kammenos koalisiya hökumətindən çıxacaqlarını aıqlayıb.


O, baş nazir Aleksis Çiprasla görüşdən sonra verdiyi açıqlamada Makedoniyanın ad məsələsində hökumətin tutduğu mövqeyə görə belə qərar aldığını söyləyib.

Xəbər lenti