Xəzər Xəbər

Özbəkistanda 2019-cu ildə 16,6 milyard dollarlıq layihə həyata keçiriləcək

Dünya | 15:42 • 13 Yanvar 2019
Özbəkistanda 2019-cu ildə 16,6 milyard dollarlıq layihə həyata keçiriləcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev keçirdiyi videoselektor müşavirəsində bildirib ki, 2019-cu ildə 16,6 milyard dollar həcmində 3 mindən çox layihə həyata keçirilməlidir.


2019-cu ildə Özbəkistanda 3,2 milyard dollar həcmində 140 istehsal müəssisəsi işə düşməlidir. Dövlət başçısı qeyd edib ki, bu il 4,2 milyard dolar həcmində birbaşa xarici sərmayə cəlb olunması ilə 320 layihənin həyata keçirilməsi nəzərdə tutulur.


Şavkat Mirziyoyev vurğulayıb ki, xarici sərmayənin Özbəkistanın regionlarına cəlb olunması istiqamətində mühüm addımlar atılır. (AZƏRTAC)

Xəbər lenti