Xəzər Xəbər

Yəmən hərbi kəşfiyyat rəisi öldü

Dünya | 15:09 • 13 Yanvar 2019
Yəmən hərbi kəşfiyyat rəisi öldü

2 gün öncə müxaliflərin hücumu zamanı yaralan Yəmən hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah ölüb.


"Qafqazinfo” "Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, Ədən şəhərindəki xəstəxanalardan birində dünyasını dəyişib.


Qeyd edək ki, hadisə Lahic şəhərindəki Əl-Ənəd hərbi bazasında mərasim zamanı baş verib. Dronla edilən hücumu zamanı 4 əsgər ölüb, 10-dan çox şəxs isə yaralanmışdı. Yaralılar arasında Qərargah rəisi Abdullah ən-Nahi, Qərargah rəisinin müavini Saleh əz-Zəndani, Lahic valise Əhməd ət-Türki və hərbi kəşfiyyat rəisi Məhəmməd Saleh Tamah da olub.

Xəbər lenti