Xəzər Xəbər

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar

Dünya | 13:43 • 13 Yanvar 2019
BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar

BƏƏ, Oman və Bəhreyn aviaşirkətləri Suriyanın paytaxtı Dəməşqə uçuşları bərpa etməyə hazırlaşırlar.


Bu barədə Dəməşq hava limanını idarə edən "Syrian Air" aviaşirkətinin baş direktoru Şəfa ən-Nuri bildirib.


Baş direktor bildirib: ""Oman Air" aviaşirkətinin nümayəndə heyəti cümə axşamı Dəməşqin hava limanını ziyarət edib və Suriyanın paytaxtına uçuşları bərpa etmək məqsədilə hava limanının texniki vəziyyəti ilə tanış olub".


Onun sözlərinə görə, analoji yoxlama keçirmək məqsədilə Bəhreynin "Gulf Air" və BƏƏ-nin "Etihad" aviaşirkətləri də hava limanına müraciət ediblər. (Trend)

Rubrikanın digər xəbərləri

Xəbər lenti