Xəzər Xəbər

İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək

Dünya | 13:23 • 13 Yanvar 2019
İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə “Fateh” adlı yeni sualtı qayıq veriləcək

İranın Hərbi Dəniz Qüvvələrinin istifadəsinə "Fateh” adlı yeni sualtı qayıq veriləcək. Yanvarın 29-da istismara veriləcək qayıq tamamilə İranın milli istehsalıdır.


Bu barədə açıqlama verən İranın Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Hanzadə qayığın Atlantık okeanına göndəriləcəyini bildirib.


Admiral qeyd edib ki, ağırlığı 527 ton olan sualtı qayıq 250 metr dərinlikdə saatda 25,9 kilometr üzmək imkanına malikdir. Bundan başqa yeni qayıq təchiz olunan elektron cihazlarla suyun altından yerin üzərindəki hədəfləri vura bilir. (AZƏRTAC)

Xəbər lenti