Xəzər Xəbər

Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı aparıb

Dünya | 09:45 • 13 Yanvar 2019
Çavuşoğlu və Pompeo Suriyadakı vəziyyətlə bağlı telefon danışığı aparıb

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı aparıb. Xezerxeber.az-ın məlumatına görə, rəsmilər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Robert Palladino bildirib.

Rəsmilər ABŞ-ın Suriyadan qoşunlarının çıxardılmasının bir hissəsi kimi iki ölkələr arasında məsləhətləşmələrin vacibliyini qeyd ediblər.

Pompeo telefon danışığında həmçinin Türkiyə-Suriya sərhədində Türkiyənin təhlükəsizlik məsələlərinin həll olunmasına ABŞ-ın sadiq olduğunu deyib. Pompeo bundan başqa ABŞ və İŞİD-lə mübarizə aparan beynəlxalq koalisiya ilə işləyən qüvvələrin də müdafiə olunmasının lazım olduğunu bildirib.

Xəbər lenti