Xəzər Xəbər

İsveçdə avtomobil qəzası nəticəsində altı əcnəbi həlak olub

Dünya | 09:36 • 13 Yanvar 2019
İsveçdə avtomobil qəzası nəticəsində altı əcnəbi həlak olub

İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub.


Xezerxeber.az xəbər verir ki, ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.


Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb. Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır.


Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir.

Xəbər lenti