Xəzər Xəbər

Çində kömür mədəninin dağıntıları altında qalmış 21 şaxtaçı həyatını itirib

Dünya | 09:06 • 13 Yanvar 2019
Çində kömür mədəninin dağıntıları altında qalmış 21 şaxtaçı həyatını itirib

Çinin hakimiyyət orqanları Şansi vilayətindəki kömür mədənində baş verən çökmə nəticəsində dağıntılar altında qalmış 21 şaxtaçının həlak olduğunu bildiriblər.


Xezerxeber.az xəbər verir ki, Şenmu şəhəri hökumətinin saytında yerləşdirilən məlumata görə, qəza zamanı mədəndə 87 nəfər olub. Onlardan 66-sı yerin altından sağ-salamat çıxarılıb. Göstərilən bütün cəhdlərə baxmayaraq, 21 şaxtaçının həyatını xilas etmək mümkün olmayıb.


Xatırladaq ki, mədəndə qəza şənbə günü yerli vaxtla saat 18 radələrində baş vermişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti