Xəzər Xəbər

Budapeşt miqrasiyanı hələ də bir nömrəli problem hesab edir

Dünya | 17:20 • 12 Yanvar 2019
Budapeşt miqrasiyanı hələ də bir nömrəli problem hesab edir

Miqrasiya Avropa Parlamentinə seçkilərdə əsas məsələ olmaqla yanaşı, bütün Avropa siyasətini mühüm şəkildə dəyişdirəcək.


Bu barədə Macarıstanın Baş naziri Viktor Orban yeni ildə keçirdiyi ilk mətbuat konfransında bəyan edib. Onun fikrincə, may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə əsas mübarizə kütləvi miqrasiya problemləri ətrafında aparılacaq. O, immiqrasiya əleyhinə siyasət aparmağa hazır olan Budapeşt, Varşava və Roma alyansının yaradılmasından məmnunluğunu ifadə edib. V.Orban, həmçinin ümidvar olduğunu bildirib ki, may səsverməsinin gedişində yerlərin əksəriyyəti bu sistemin əleyhinə olan partiyaların payına düşəcək. (AZƏRTAC)

Xəbər lenti