Xəzər Xəbər

Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb

Dünya | 14:49 • 12 Yanvar 2019
Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb

Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Maksim Baxaryev Ekvadorun paytaxtı Kitoda aşkar edilib. Səkkiz il əvvəl Maksim Baxaryev Ekvadora gəldikdən bir müddət sonra pulsuz və sənədsiz qalaraq evsizlər siyahısına düşüb. Onun ruhi vəziyyətində problemlər olduğu bildirilir. Sosial xidmətlərin nümayəndələri Rusiya səfərliyinə məlumat verdikdən sonra Maksim Baxaryevin Sankt-Peterburqda yaşayan valideynləri ilə əlaqə saxlanılıb və onun vətənə qayıtması təmin edilib. M.Baxaryevi Sankt-Peterburqda valideynləri qarşılayıblar.


Səkkiz il əvvəl itkin düşmüş şəxsin Ekvadora gəlməsinin səbəbləri məlum deyil.

Xəbər lenti