Xəzər Xəbər

Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək

Dünya | 09:20 • 12 Yanvar 2019
Türkiyə nümayəndə heyəti ABŞ-a səfər edəcək

Türkiyə xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti fevralın 5-də ABŞ-a səfər edəcək.


Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ-da iki ölkəni təmsil edən birgə işçi qrup Suriya böhranı, FETÖ və PKK ilə mübarizəyə dair müzakirələri davam etdirəcək.


Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin baş qərargah rəisi, general-mayor Cozef Danfordın rəhbərlik etdiyi nümayəndə heyətinin yanvarın 7-8-də Ankarada keçirdiyi görüşlərdə bu məsələlər müzakirə olunub.

Xəbər lenti