Xəzər Xəbər

Ukraynada iki nəfərin prezidentliyə namizədliyi qeydə alınmayıb

Dünya | 09:08 • 12 Yanvar 2019
Ukraynada iki nəfərin prezidentliyə namizədliyi qeydə alınmayıb

Ukrayna Mərkəzi Seçki Komissiyası Vitali Veliçenkonun və Viktor Farenyukun prezidentliyə namizədliyini qeydə almayıb.

Bu barədə MSK-nın cümə axşamı keçirilən iclasında qərar qəbul edilib. MSK onların hər ikisinin tələb olunan 2,5 milyon qrivna dəyərində girov qoymadığından, elektron deklarasiyanı doldurmadığından namizədliyini qeydə almayıb.

Hazırda MSK 5 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Xatırladaq ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.

Xəbər lenti