Xəzər Xəbər

Dünya Bankı yeni prezidenti aprel ayına qədər seçmək niyyətindədir

Dünya | 15:15 • 11 Yanvar 2019
Dünya Bankı yeni prezidenti aprel ayına qədər seçmək niyyətindədir

Dünya Bankı (DB) qurumun prezidenti vəzifəsinə namizədlərin seçimini fevralın ortalarına qədər başa çatdırmaq niyyətindədir.


AZƏRTAC bunu DB-nin mətbuat xidmətinə istinadla bildirir.


Yeni prezidenti bu vəzifədə DB-nın aprel 14-də keçiriləcək toplantısına kimi təsdiq etmək planlaşdırılır.


Bankdan bildiriblər: "Namizədlər fevralın 7-dən 14-dək olan dövrdə təqdim edilməlidirlər. Onların namizədlikləri icraçı direktorlar və icraçı direktorlar vasitəsilə ölkə hökumətləri tərəfindən irəli sürülməlidir.


Yanvarın əvvəlində yayılan məlumata görə, DB-nin prezidenti Cim Yen Kim vəzifəsini vaxtından əvvəl tərk edəcək. Fevralın 1-dən onun səlahiyyətlərini DB-nin indiki baş icraçı direktoru Kristalina Georgiyeva icra edəcək.

Xəbər lenti