Xəzər Xəbər

İran nüvə sazişindən çıxacaq? - RƏSMİ CAVAB

Dünya | 14:59 • 11 Yanvar 2019
İran nüvə sazişindən çıxacaq? -

İran hökumətinin yaxın zamanlarda nüvə sazişindən çıxacağı barədə xəbərlər həqiqətə uyğun deyil.

Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib.

M.Vaezi ölkə KİV-lərini informasiya yayarkən diqqətli olmağa və İranın düşmənləri üçün tribunaya çevrilməməyə çağırıb:

"Son vaxtlar İranın yaxın zamanlarda nüvə sazişini tərk edəcəyi barədə yayılmış xəbərlər əsassızdır və bunların məqsədi dezinformasiya yaymaqla ölkənin milli maraqlarına ziyan vurmaqdır”. (Trend)

Xəbər lenti