Xəzər Xəbər

Kruiz gəmisində 300 nəfər virusa yoluxdu

Dünya | 13:48 • 11 Yanvar 2019
Kruiz gəmisində 300 nəfər virusa yoluxdu

Karib dənizində kruiz turu zamanı 300 sərnişin virusa yoluxub.


Hadisə üzə çıxandan sonra gəmi turu yarımçıq qoyaraq, bir gün əvvəl ABŞ-ın Florida ştatına qayıdıb.


Xəstəliyə yoluxan sərnişinlərə tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilənlər də olub.


Hazırda yoluxmanın səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.


Kruizi həyata keçirən şirkət bildirib ki, səyahətin müddətinin azaldılması ilə əlaqədar gəmidə olan 8 minə yaxın sərnişinə təzminat ödəniləcək. (Trend)

Xəbər lenti