Xəzər Xəbər

ABŞ İraqda dördüncü bazasını inşa edəcək

Dünya | 12:38 • 11 Yanvar 2019
ABŞ İraqda dördüncü bazasını inşa edəcək
Prezident Donald Trampın Suriyadan qoşunların çıxarılması ilə bağlı bəyanatından sonra İraqda hərbi varlığını davam etdirən ABŞ ölkədə dördüncü daimi bazasını inşa etmək qərarına gəlib.


Bu barədə "Əl-Məsdər" agentliyi məlumat yayıb.

İraqlı rəsmiləri, "ABŞ Ənbar vilayətinin müxtəlif yerlərində inkişaf etmiş və hərbi avadanlıqla təchiz olunmuş dördüncü daimi bazasını qurmaq istəyir",-deyə bəyanatla çıxış edib.

Hərbi obyektin inşaasından sonra ABŞ-ın Ənbar vilayətindəki bazalarının sayı 9-a çatacaq./faktxəbər

Xəbər lenti

Çox oxunanlar