Xəzər Xəbər

Xorvatiya İsraildən `F-16` qırıcıları almayacaq

Dünya | 12:31 • 11 Yanvar 2019
Xorvatiya İsraildən `F-16` qırıcıları almayacaq
ABŞ-ın "F-16" qırıcılarının üçüncü ölkəyə satışına razılıq verməməsindən sonra Xorvatiya hökuməti döyüş təyyarələrinin satışı ilə bağlı qərarını ləğv edib. Bu barədə ictimaiyyətə Xorvatiyanın müdafiə naziri Damir Krsticevic məlumat verib.

Onun sözlərinə görə, təyyarələrin alınması ilə bağlı qərarın ləğvi Xorvatiyaya heç bir maddi zərər vurmayacaq.

Qeyd edək ki, Xorvatiya Milli Təhlükəsizlik və Müdafiə Şurası İsraildən 12 ədəd ikinci əl "F-16" döyüş təyyarəsi almaq istəyirdi. Birləşmiş Ştatlar İsrailin döyüş təyyarələrini üçüncü ölkəyə satmasına icazə verməyib./FaktXəbər

Xəbər lenti