Xəzər Xəbər

Ekvador: Assanc Britaniya hökumətinə təslim olmalıdır

Dünya | 11:47 • 11 Yanvar 2019
Ekvador: Assanc Britaniya hökumətinə təslim olmalıdır
Culian Assanc Böyük Britaniya hakimiyyətinə təslim olmalıdır. Bu barədə Ekvadorun XİN rəhbəri Xose Valensiya çıxış edib.

O, hesab edir ki, Londondakı Ekvador səfirliyində gizlənən "Wikileaks" saytının qurucusu üçün bu variant daha münasibdir: "Biz görürük ki, cənab Assanc üçün mövcud vəziyyətdən iki çıxış yolu var: qeyri-müəyyən müddətə səfirlikdə qalmaq və ya təslim olmaq. Biz bu variantı daha münasib hesab edirik".

Culian Assanc 2012-ci ildə Ekvadordan siyasi sığınacaq istəyib. O, yeddi il ərzində bir dəfə də olsun səfirliyin binasından çıxmayıb./FaktXəbər

Xəbər lenti