Xəzər Xəbər

Ukraynada pensiyalar ikiqat ixtisar olunub

Dünya | 11:12 • 11 Yanvar 2019
Ukraynada pensiyalar ikiqat ixtisar olunub

Ukraynada minimal pensiya və yaşayış minimumu son 5 ildə iki dəfədən artıq azalıb. Bu barədə «Ukrayna seçimi xalqın hüququdur» hərəkatının lideri Viktor Medvedçuk öz məqaləsində bəyan edib.

Onun sözlərinə görə, Ukraynada minimal pensiya 2013-cü ildən 2,2 dəfə azalıb və miqdarı cəmi 53,2 dollardır. Halbuki 5 il öncə bu, 118,8 dollar təşkil edirdi.

O, əlavə edib ki, 5 il ərzində yaşayış minimumu da 2,2 dəfə azalaraq 147,2 dollardan 65,9 dollara düşüb.

O, həmçinin vurğulayıb ki, ukraynalıların nominal gəliri kommunal tarifin , ərzaq məhsullarının və dərmanların artan qiymətinə çatmır.

Bundan əvvəl «Batkivşinə» partiyasının lideri Yuliya Timoşenko bəyan etmişdi ki, Ukrayna rəsmi şəkildə regionun və kontinentin ən yoxsul ölkəsi sayılır.

Ümumdünya Bankının Ukrayna, Belorusiya və Moldaviya məsələləri üzrə direktoru Satu Kaxkonen bəyan etmişdi ki, son 5 ildə yoxsulluq həddindən aşağı səviyyədə yaşayan ukraynaların sayı artıb./faktxəbər

Xəbər lenti