Xəzər Xəbər

ABŞ Venesuela məmurlarına qarşı təzyiqləri davam etdirir

Dünya | 10:04 • 11 Yanvar 2019
ABŞ Venesuela məmurlarına qarşı təzyiqləri davam etdirir

ABŞ, mövcud və keçmiş Venesuela məmurlarının vizalarını ləğv etməyi və onlara qarşı məhdudiyyətlərin tətbiqini davam etdirəcək.

RİA "Novosti" xəbər verir ki, bunu cümə axşamı ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.

"Biz…Venesuelanın insan haqlarının pozulması, siyasi korrupsiya və demokratiya aliliyinin pozulmasında əli olan və ya məsuliyyətli bilinən mövcud və keçmiş məmurlar və onların ailə üzvlərinin vizalarını ləğv etməyi və onlara qarşı digər məhdudiyyətlərin tətbiqini davam etdirəcək", - deyə Pompeonun Dövlət Departamenti tərəfindən Nikolas Maduronun yeni prezidentlik müddəti ilə bağlı yaydığı bəyanatında bildirilir.(report.az)

Xəbər lenti