Xəzər Xəbər

Tramp Meksika divarı üçün pul tapdı

Dünya | 09:51 • 11 Yanvar 2019
Tramp Meksika divarı üçün pul tapdı

Təklif Pentaqon rəsmilərinin keçirdiyi brifinqdə səsləndirilib.

ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar qurmaq üçün pul tapıb. O pul ölkənin quru qoşunlarının mühəndis korpusunun fondu tərəfindən təklif edilib. Bu haqda informasiyanı NBC News nəşri yayıb.

Bu təklif Pentaqon rəsmilərinin keçirdiyi brifinqdə səsləndirilib.

Mənbə bildirir ki, adı çəkilən fondda hazırda istifadə edilməyən 13.9 milyard dolların olduğu deyilir. Həmin məbləğ ölkədə mülki müdafiə və bərpa işləri üçün nəzərdə tutulub.

Meksika ilə sərhəddə divarın hörülməsi Trampın prezident seçkiləri kampaniyasında verdiyi vədlərdən biridir.

Ağ Evin sahibinin fikrincə, divar ölkəyə Meksikadan gələn qeyri-leqal miqrasiyanın qarşısını almağa kömək edəcək. Tramp bu ideyanın həyata keçməsi üçün Konqresdən 25 milyard dollar istəyib. Konqresdə təmsil olunan demokratlar bunun əleyhinə çıxış edirlər.

ABŞ prezidenti isə heyfini ölkə hökumətindən alıb və onlara ayrılan büdcənin bir hissəsini dayandırıb.

AzNews.az

Xəbər lenti