Xəzər Xəbər

Tramp Davos forumundan imtina etdi

Dünya | 09:08 • 11 Yanvar 2019
Tramp Davos forumundan imtina etdi
ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək iqtisadi forumda iştirak etməyəcək.


Bu barədə Tramp "Twitter" hesabında yazıb. ABŞ prezidentinin Davosa səfərinin təxirə salınması büdcə böhranı ilə əlaqədardır.

Donald J. Trump

@realDonaldTrump

Because of the Democrats intransigence on Border Security and the great importance of Safety for our Nation, I am respectfully cancelling my very important trip to Davos, Switzerland for the World Economic Forum. My warmest regards and apologies to the @WEF!

76.6K

10:14 PM - Jan 10, 2019

Twitter Ads info and privacy

48.5K people are talking about this



Xatırladaq ki, ABŞ hökumətinin bəzi nazirlikləri - Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi, Ədliyyə, Nəqliyyat, Kənd-Təsərrüfatı və digər nazirliklər büdcə çatışmazlığından öz işini dayandırıb. "Şatdaun” adlandırılan bu prosesin səbəbi Trampın Meksika ilə sərhəddə divarın tikintisi üçün 5 milyard dollar vəsait ayrılmasını tələb etməsidir. Belə ki, Trampın tələbi Konqressdə respublikaçılarla demokratlar arasında büdcə danışıqlarının iflasa uğraması və 2019-cu maliyyə ili üçün ABŞ dövlət büdcəsinin hələ də qəbul edilməməsi ilə nəticələnib. Demokratlar sərhəd təhlükəsizliyinin təmini üçün əlavə olaraq yalnız 1,3 milyard dollar ayıra biləcəklərini deyiblər. Tramp isə ümid edib ki, federal hökumətin işini dayandırması uzun sürməyəcək və demokratlar Meksika ilə sərhəddin möhkəmlənməsinə səs verəcəklər.

ABŞ qanunvericiliyi büdcə təsdiq olunmadan federal hökumətə işləməyi qadağan edir. Federal hökümətin qismən bağlanması nəticəsində 380 min işçi pulsuz məzuniyyətə göndərilib. Hazırda işləyən digər 420 min nəfər isə yalnız büdcə ilə bağlı mübahisə öz həllini tapandan sonra maaşlarını ala biləcəklər./azvision

Xəbər lenti