Xəzər Xəbər

İstanbulda Atom Energetikası Sammiti keçiriləcək

Dünya | 18:13 • 10 Yanvar 2019
İstanbulda Atom Energetikası Sammiti keçiriləcək

VI Beynəlxalq Atom Energetikası Sammiti martın 5-6-da İstanbulda keçiriləcək.


Xezerxeber.az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, sammitdə atom energetikası sahəsində çalışan 100-dən çox özəl və dövlət şirkətinin nümayəndələri, alimlər və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.


Dünyanın aparıcı şirkətləri atomun dinc məqsədlər üçün istifadəsi sahəsində son nailiyyətlər və müasir texnologiyalar barədə sammit iştirakçılarını məlumatlandırmaq fürsəti əldə edəcəklər.


Türkiyə şirkətlərinin nümayəndələri xarici şirkətlərlə təcrübə mübadiləsi apara və atom energetikasının inkişaf istiqamətləri ilə tanış ola biləcəklər.

Xəbər lenti