Xəzər Xəbər

İdmançı qızı qarət etmək istəyən oğru peşman oldu - FOTO

Dünya | 16:53 • 10 Yanvar 2019
İdmançı qızı qarət etmək istəyən oğru peşman oldu -

Qaydasız Döyüş Çempionatının (UFC) ulduzu xanım Polyana Viana Rio-de-Janeyrodakı evinin qarşısında dayanarkən ona oğru yaxınlaşıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, oğrunun əlində yalançı silah olub və o, idmançının telefonunu əlindən almaq istəyib. UFC-nin parlaq ulduzlarından olan P.Viana dərhal oğruya qarşı fənd işlədərək onu yerə yıxıb.


"O mənə yaxınlaşanda onun oğru olduğunu anladım. Mən artıq nə edəcəyimi bilirdim. Onu döyəndə əsəbi deyildim, sakit işimi görürdüm”.


Polyana Viana polis gələnədək oğrunun ayaq üstə durmasına imkan verməyib.


UFC-nin prezidenti Dana Uayt öz ınstagram səhifəsində Polyana Viananın və oğrunun şəklini paylaşaraq yazıb: "Soldakı UFC döyüşçüsü Polyana Viana, sağdakı isə onu qarət etmək istəyən oğrudur”.

Xəbər lenti