Xəzər Xəbər

Amerikalı senator: Türkiyənin narahatlığı başadüşüləndir

Dünya | 14:26 • 10 Yanvar 2019
Amerikalı senator: Türkiyənin narahatlığı başadüşüləndir

ABŞ Türkiyənin təhlükəsizliyinin qorunması şərti ilə Suriyadakı fəaliyyətini davam etdirəcək. Rəsmi Vaşinqton çalışacaq ki, Ankara ABŞ-a daim yaxın müttəfiq kimi güvənsin.


Xezerxeber.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham bildirib.


Senator qeyd edib ki, Türkiyənin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə YPG-yə dəstək verməsi ilə bağlı narahatlığı başadüşüləndir. Ancaq bir şeyi etiraf etmək lazımdır ki, bölgədə İŞİD kimi təhlükəli düşmən mövcud idi. L.Qraham onu da əlavə edib ki, İŞİD-ə qarşı antiterror əməliyyatında ABŞ-a Türkiyə də dəstək olub. Bu səbəbdən Vaşinqton onunla birlikdə düşmənə qarşı mübarizə aparan müttəfiqlərini itirmək istəmir. Senator ölkələrarası münasibətlərin inkişaf etdirilməsi üçün yaxın zamanlarda Türkiyəyə səfər edəcəyini bildirib.

Xəbər lenti