Xəzər Xəbər

İran Yeri kosmosdan izləyəcək – ABŞ-ın “Simurq” narahatlığı

Dünya | 14:44 • 10 Yanvar 2019
İran Yeri kosmosdan izləyəcək

İran kosmosa "Simurq” raketdaşıyıcısı vasitəsilə kosmik aparat göndərilməsi üçün imam Xomeyni kosmik stansiyasında hazırlıq tədbirləri görür.

Bu iddia ilə ABŞ-ın "Planet Labs” peyk operatorundan əldə olunan peyk çəkilişlərinə əsasən amerikalı ekspertlər çıxış edib.

Onlar bildiriblər ki, görüntülərin təhlili Tehranın Yer planetini məsafədən izləməyə çalışdığını üzə çıxarıb.

Bununla yanaşı qeyd edilib ki, şəkillər 4, 6 və 7 yanvar 2019-cu il tarixlərində əldə edilib. Ekspertlər raketlərin yığılacağı montaj-sınaq kompleksi, həmçinin "Simurq” raketdaşıyıcının buraxılacağı start kompleksindəki aktivliyi müəyyən edə biliblər./teleqraf

Xəbər lenti