Xəzər Xəbər

Ukraynaya 3,9 milyard dollar ayırılıb

Dünya | 08:32 • 19 Dekabr 2018
Ukraynaya 3,9 milyard dollar ayırılıb

Beynəlxalq Valyuta Fondunun Direktorlar Şurası Ukraynaya 14 ay ərzində 3,9 milyard dollar vəsaitin ayrılması barədə qərar qəbul edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenko məlumat verib.


Onun sözlərinə görə, BVF-nun maliyyə yardımının birinci tranşı – 1,4 milyard dolları yaxın vaxtlarda köçürüləcək.


"Fondun bu qərarı Ukraynada uğurlu islahatların aparılmasının nəticəsidir və makroiqtisadiyyatın sabitliyinə xidmət edir”, - deyə Poroşenko əlavə edib.

Xəbər lenti