Xəzər Xəbər

Bu il KXDR-dən Cənubi Koreyaya mindən çox insan qaçıb

Dünya | 14:23 • 18 Dekabr 2018
Bu il KXDR-dən Cənubi Koreyaya mindən çox insan qaçıb

2018-ci ilin əvvəlindən bəri mindən çox insan KXDR-dən Cənubi Koreyaya qaçıb.

Xezerxeber.az xəbər verir ki, Koreya Respublikasının Birləşmə Məsələləri üzrə Nazirliyinin məlumatına əsasən, cari ilin yanvar ayından noyabr ayınadək Cənuba 1042 Şimali Koreya vətəndaşı keçib. Ötən ilin analoji dövründə bu göstərici 1045 nəfər təşkil etmişdi.

Qeyd edək ki, indiyə qədər Şimaldan qaçaraq Cənubi Koreyaya sığınan insanların sayı ümumilikdə 32,3 min nəfərə çatıb.

Xəbər lenti