Xəzər Xəbər

ABŞ etiraf etdi: “Rusiya və Çinə qarşı müdafiəsizik”

Dünya | 13:56 • 18 Dekabr 2018
ABŞ etiraf etdi: “Rusiya və Çinə qarşı müdafiəsizik”
ABŞ Rusiya və Çinin yeni nəsil hipersonik silahlarından zəruri müdafiəyə malik deyil.

Bu barədə ABŞ-ın Hesablama Palatasının hazırladığı hesabatda bildirilib. Sənəddə qeyd olunub ki, Moskva və Pekin dünyadakı əksər hava hücumundan müdafiə sistemlərinə zərbə vura biləcək daha sürətli və çoxmanevrli yeni silahın hazırlığına fokuslanıblar.


Həmçinin bildirilib ki, hipersəs texnologiyasından uzaq mənzilli adi və nüvə raketlərinin modernləşdirilməsində istifadə etmək mümkündür.

"Bu silahlara qarşı heç bir əks tədbirimiz mövcud deyil” – hesabatda vurğulanıb.

Xatırladaq ki, mayda Rusiya prezidenti Vladimir Putinin hipersonik raketlər də daxil olmaqla yeni silahları təqdim etməsi, eyni zamanda avqustda Çinin ilk hipersonik təyyarənin sınağını uğurla keçirməsindən sonra Vaşinqton hipersonik silah istehsalını sürətləndirmək qərarına gəlib.


Xəbər lenti