Xəzər Xəbər

İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb - FOTO

Dünya | 13:58 • 18 Dekabr 2018
İsraildə gələn il Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb -

İsrail mühəndisləri 2019-cu ildə Aya göndəriləcək kosmik gəminin son detallarını tamamlayıblar. Son detalı – rəqəmsal saat kapsulunu da yerləşdirən mütəxəssislər

bildiriblər ki, missiyanın kosmik fəzaya göndərilməsi gələn ilin əvvəlində həyata keçiriləcək.

AZƏRTAC "Reuters” agentliyinə istinadla xəbər verir ki, kosmik missiyanın təqdimatı dekabrın 17-də Yehuda şəhərində "SpaceIL” qeyri-kommersiya qrupu və İsrail Kosmos Sənayesi Agentliyi (IAI) tərəfindən keçirilib. Qrupun üzvləri bildiriblər ki, 2013-cü ildən sonra Aya göndəriləcək ilk missiya zamanı İsrail Yerin süni peykinin səthinə kosmik gəmi endirəcək dördüncü ölkə olacaq. Ayın səthinə 1966-cı ildə ABŞ və SSRİ, 2013-cü ildə isə Çin kosmik missiyası enə bilib.

"Bereşet” (ibranicə "yaranış” deməkdir) adlanan və 586 kq ağırlıqda kosmik aparat dəyirmi masa şəklindədir və 1,5 metr hündürlüyü olan dörd ayağı karbohidrat materialdan hazırlanıb. 2011-ci ildən hazırlanan bu gəmi 95 milyon dollara başa gəlib. "Bereşet” ABŞ-ın Florida ştatında "SpaceX” şirkətinə məxsus "Falkon9” raketi vasitəsilə kosmik fəzaya buraxılacaq və Yerdən 60 min km hündürlükdə ondan ayrılaraq Ayın orbitinə daxil olacaq.

Xəbər lenti