Xəzər Xəbər

Çexiya uşaq oyuncaqlarının ixracına görə Avropa İttifaqı ölkələri arasında liderdir

Dünya | 13:42 • 18 Dekabr 2018
Çexiya uşaq oyuncaqlarının ixracına görə Avropa İttifaqı ölkələri arasında liderdir

Çex Respublikası Avropada uşaq oyuncaqlarının ən iri ixracatçılarından biridir.

Bunu "UniCredit” bankı tərəfindən aparılan tədqiqatların nəticələri sübut edir. Cari ildə oyuncaq ixracının dəyəri 2 milyard avroya çatıb. Plastik yığma konstruksiyalar, gəlinciklər, miniatür modellər və oyun dəstləri populyar ixracat malları sırasındadır.

Çexiyanın birinci yer tutmasının əsas səbəblərindən biri "Lego” konstruktorlarının istehsalının ölkəyə gətirilməsidir. "Lego” detal dəstlərinin yığılması və modelinin hazırlanması Çexiya oyuncaqları ixracının 60 faizini təşkil edir. (AZƏRTAC)

Xəbər lenti