Xəzər Xəbər

Yaponiya hökuməti milli müdafiənin yeni prinsiplərini bəyənib

Dünya | 13:30 • 18 Dekabr 2018
Yaponiya hökuməti milli müdafiənin yeni prinsiplərini bəyənib

Yaponiya hökuməti milli müdafiənin mövcud esminesin aviadaşıyıcı gəmiyə çevrilməsini nəzərdə tutan yeni prinsiplərini bəyənib.


AZƏRTAC xəbər verir ki, hökumətin dekabrın 18-də keçirilən iclasında milli müdafiə proqramının yeni prinsipləri və müdafiənin aralıq proqramı qəbul edilib. Yeni prinsiplərdə qeyd olunur ki, Yaponiya ətrafda Çinin və Şimali Koreyanın hərbi fəallığının artdığı bir şəraitlə qarşılaşıb. Sənədə görə, Yaponiya özünümüdafiə qüvvələrinin çoxməqsədli və qarışıq qoşunlarını yaradacaq. Bu qoşunlar yerdə, dənizdə və havada yerinə yetirdiyi ənənəvi vəzifələrlə yanaşı, kosmosda və kiberməkanda da fəaliyyət göstərəcək.


Proqram Sakit okeanda müdafiənin gücləndirilməsi üçün ölkənin ən böyük esminesinin yenidən qurulmasını nəzərdə tutur ki, nəticədə o, aviadaşıyıcı vəzifəsini də həyata keçirəcək. Həmin gəmidəki təyyarələrdən yalnız fövqəladə hallarda və ya təlimlər zamanı istifadə ediləcək. Bu isə o deməkdir ki, yenilənmiş esmines konstitusiyada da qeyd olunduğu kimi, "hücum aviadaşıyıcısı” olmayacaq və ölkənin müdafiəsinə xidmət edəcək.

Xəbər lenti