Xəzər Xəbər

Mixael Şumaxerdən ŞAD XƏBƏR

Dünya | 21:29 • 17 Dekabr 2018
Mixael Şumaxerdən

Almaniyalı idmançı Mixael Şumaxerin səhhəti ilə bağlı şad xəbər yayılıb.

Bu barədə "Daily Mail” nərşi məlumat yayıb. Məlumata əsasən, Şumaxer artıq aparatların köməyi olmadan nəfəs alır və yataqdan dura bilər.

Qəzetin xəbərində bildirilir ki, bununla belə, idmançıya daim qulluq və müalicə lazımdır. Tibbi xidmətin bir həftəlik qiyməti isə 50 min funt sterlinqdir.
Qeyd edək ki, "Formula 1” yarışlarının yeddiqat dünya çempionu Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizəklə sürüşərkən yıxılaraq kəllə-beyin travması almışdı. Hazırda o, özünə gəlməyə başlayıb./Ölkə.Az

Xəbər lenti