Xəzər Xəbər

Ermənistanda kənd təsərrüfatı sahəsində vəziyyət son dərəcə ağırdır

Dünya | 10:15 • 17 Dekabr 2018
Ermənistanda kənd təsərrüfatı sahəsində vəziyyət son dərəcə ağırdır

Ermənistanda kənd təsərrüfatı sahəsində vəziyyət son dərəcə ağırdır. Trend-in məlumatına görə, bunu erməni ekspert Qraç Berberyan bildirib.

O deyib ki, hətta Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu il Ermənistanda əkin sahəsi 7 min hektar azalıb:

"Bu o deməkdir ki, 300-450 min ton meyvə-tərəvəz istehsal edilməyib. Kənd Təsərrüfatı Nazirliyi bütün bunları heç cür izah edə bilmir, amma biz bilirik ki, əsas səbəb pomidor güvəsidir. Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan mübarizə tədbirləri ilə bağlı ciddi tapşırıqlar versə də, nazirlik heç nə etməyib, çünki mütəxəssislər yoxdur".

Maldarlığa gəlincə, ekspert qeyd edib ki, bu sahədə vəziyyət son dərəcə ağırdır, mal-qaranın sayı isə azalmaqda davam edir.

Xəbər lenti