Xəzər Xəbər

İtaliyanın Baş naziri Strasburqda baş verən terror aktını pisləyib

Dünya | 08:51 • 17 Dekabr 2018
İtaliyanın Baş naziri Strasburqda baş verən terror aktını pisləyib

Avropa təşkilatlarının yerləşdiyi və vahid Avropanın simvolu olan Strasburqda yeni il yarmarkasında istirahət vaxtı törədilən qorxaq həmlə müdafiəsiz vətəndaşların ölümünə səbəb olub.


AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cuzeppe Konte "Twitter” səhifəsində bildirib.


Baş naziri Strasburqda biri İtaliya vətəndaşı olmaqla üç nəfərin həyatını itirdiyi və 13 nəfərin yaralandığı terror aktını kəskin şəkildə pisləyərək hadisə qurbanlarının ailələrinə və Fransa xalqına dərin hüznlə başsağlığı verib.


Xatırladaq ki, dekabrın 11-də axşam saatlarında Strasburq şəhərinin mərkəzindəki yeni il yarmarkasında insanlara atəş açılıb. Son məlumata əsasən, Strasburq merinin terror aktı adlandırdığı insident nəticəsində 3 nəfər həlak olub, 13 nəfər yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Strasburq sakini Şerif Şekat hadisə yerindən qaçaraq gizlənib və iki sutka sonra Nodorf məhəlləsində polislə atışma zamanı öldürülüb.

Xəbər lenti