Xəzər Xəbər

Poroşenko Ukraynanın növbəti beş il üçün prioritet istiqamətlərini açıqlayıb

Dünya | 08:15 • 17 Dekabr 2018
Poroşenko Ukraynanın növbəti beş il üçün prioritet istiqamətlərini açıqlayıb

Prezident Petro Poroşenko Ukraynanın növbəti beş ilində əsas prioritet məsələləri açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, Poroşenko dekabrın 16-da keçirilən mətbuat konfransında növbəti beş ildə Ukraynanın milli maraqlarına cavab verən sülhə nail olmaq, iqtisadi böhranı aradan qaldırmaq, Avropa İttifaqı və NATO-ya üzv olmaq üçün zəruri meyarları həyata keçirmək dövlətin əsas prioritet istiqamətləri olduğunu bildirib.

Prezident Ukraynada korrupsiyaya qarşı mübarizədən razı qalmadığını da etiraf edib: "Əgər mənə sual versələr ki, korrupsiyaya qarşı mübarizədən razısınız, çəkinmədən yox deyərəm. Biz korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq üçün birgə səylərimizi artırmalıyıq”.

Xəbər lenti