Xəzər Xəbər

İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb

Dünya | 18:30 • 16 Dekabr 2018
İndoneziyanın Sulavesi adasındakı Soputan vulkanı püskürüb

Dekabrın 16-da İndoneziyanın Sulavesi adasında yerləşən Soputan vulkanı püskürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Antara agentliyi məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl oktyabrda Qamalama vulkanı sutka ərzində iki dəfə püskürmüşdü. Həmin vaxt mütəxəssislər vulkanın fəallığını dörd ballıq cədvəl üzrə iki bal səviyyəsində qiymətləndirmişdilər.

Agentliyin məlumatına əsasən, Suputan vulkanının püskürməsi yerli vaxtla saat 3:09-da baş verib. Vulkan dəniz səviyyəsindən 4,8 kilometr yüksəkliyə kül püskürüb.

Təbii fəlakət nəticəsində ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər lenti