Xəzər Xəbər

Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb

Dünya | 17:24 • 16 Dekabr 2018
Lvovda sərnişin avtobusu qəzaya uğrayıb, azı 4 nəfər ölüb

Ukraynanın Lvov vilayəti ərazisində beynəlxalq Dnepr-Polşa xətti ilə hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb, nəticədə ən azı 4 nəfər ölüb.

Bu barədə Lvov vilayətinin yerli polisi məlumat yayıb.

Daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Avtobusda 70 sərnişin olub.

Hadisə sərnişin avtobusu ilə "Volvo” markalı avtomobilin toqquşması nəticəsində baş verib. (AZƏRTAC)

Xəbər lenti