Xəzər Xəbər

Yük maşını uçuruma yuvarlandı, 18 nəfər öldü

Dünya | 13:37 • 15 Dekabr 2018
Yük maşını uçuruma yuvarlandı, 18 nəfər öldü

Nepalda onlarla insanın ölməsi və xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nepalın mərkəzi hissəsində qeydə alınıb. Yük maşınının uçuruma yuvarlanması nəticəsində azı 18 nəfər həlak olub.

Qəza zamanı daha 16 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı yük maşınında 40-45 nəfər olub./publika.az

Xəbər lenti