Xəzər Xəbər

Elə bir yer darmadağın edildi ki... Türkiyə tarixində İLK və ABŞ-a DƏQİQ MESAJ

Dünya | 13:23 • 15 Dekabr 2018
Elə bir yer darmadağın edildi ki...

Türkiyə Silahlı Qüvvələri dekabrın 13-də İraqın Karacak Dağı bölgəsində keçirdiyi əməliyyatla ABŞ-a dəqiq mesaj verdi.

XəzərXəbər xəbər verir ki, bu haqda Türkiyənin "Yeni Şəfəq” nəşri yazıb.

Türkiyə Suriyada Fərat çayının şərqində həyata keçirməyə hazırlaşdığı hərəkat öncəsi Karacak Dağı bölgəsinə PKK terror təşkilatına, həmçinin təşkilatın silah-sursatla təchizatına ağır zərbə vurdu. Nəşrin yazdığına görə, ABŞ ərbil yaxınlığındakı Həriri bazasına endirdiyi silahları bu marşrut üzərindən Suriya və PKK-ya çatdırırdı.

Daha əvvəl verilən xəbərə görə, əməliyyatda 20-dən çox döyüş təyyarəsi və pilotsuz uçuş aparatı iştirak edib. Əməliyyatda terrorçulara aid 30-dan çox obyekt məhv edilib. Məlumata görə, Türkiyə sərhədindən 180 km aralıda olan Karacak Dağ bölgəsi ilk dəfə vurulub. Vurulacaq nöqtələr kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə müəyyən edilib və dinc sakinlərin zərər görməməsi üçün yüksək həssaslıq nümayiş etdirilib.

Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar əməliyyatla əlaqədar maraqlı bir məqama diqqət çəkib. O, Türkiyə ordusunun cümhuriyyət tarixində ilk dəfə bu qədər dərinliklərə endiyini deyib. Mütəxəssis dağın Mosul və Kərkük arasında olduğunu qeyd edib./publika.az

Xəbər lenti