Xəzər Xəbər

NATO-nun baş katibi Kosovo ordusunun yaradılmasına qarşı çıxıb

Dünya | 17:59 • 14 Dekabr 2018
NATO-nun baş katibi Kosovo ordusunun yaradılmasına qarşı çıxıb

NATO-nun Baş katibi Yens Stoltenberq xüsusi bəyanatında Kosovo hakimiyyətinin milli ordu yaratmaq istiqamətində addımlarının təəssüf doğurduğunu deyib.


Xezerxeber.az xəbər verir ki, dekabrın 14-də Kosovoda təhlükəsizlik qüvvələrinin orduya çevrilməsi prosesinə təkan verən üç qanun qəbul olunub.


"Təəssüf edirəm ki, NATO-nun narahatlığının əksinə olaraq belə qərar verilib. Kosovonun təhlükəsizlik qüvvələrini orduya çevrilmək barədə qərar verməyə prinsipcə ixtiyarı çatsa da, biz pis vaxt seçildiyini aydın şəkildə göstərmişik”, - NATO baş katibinin Şimali Atlantika Alyansının mətbuat xidməti tərəfindən Brüsseldə yayımlanan bəyanatında belə deyilir.


Kosovo parlamentinin cümə günü qəbul etdiyi qanun layihələri təhlükəsizlik qüvvələrinin sayının iki dəfə artırılaraq 5 min nəfərlik tam həcmli peşəkar orduya çevrilməsini nəzərdə tutur.

Xəbər lenti